Mobil versiya
Hakan Fidan: “Ərdoğan və Putin Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək”
Tarix: 31-08-2023 | Saat: 17:51
Bölmə:Dünya | çapa göndər

Hakan Fidan:

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Moskvada apardığı danışıqların Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüşə hazırlıq olduğunu bildirib.

aia.az xəbər verir ki, H.Fidan S.Lavrovla görüşdə bildirib:

“Bizim müzakirə edəcəyimiz məsələlər iki liderin qarşıdan gələn görüşünə hazırlıq olacaq. Biz “Taxıl sazişinin” bərpası və Ukraynada ədalətli sülhün yaradılması məsələlərini müzakirə etdik. Bundan əlavə, Suriya və Cənubi Qafqazdakı vəziyyət də gündəmdə olacaq. Qonaqpərvərliyə və səmimi qəbula görə əziz dostuma (Sergey Lavrova) təşəkkür edirəm”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025