Mobil versiya
"Bu taxıl sazişinin bərpası üçün son şansdır"
Tarix: 31-08-2023 | Saat: 17:45
Bölmə:Dünya | çapa göndər

"Bu taxıl sazişinin bərpası üçün son şansdır"

Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın fikrincə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasındakı görüşü Qara dəniz taxıl sazişinin bərpası üçün demək olar ki, son şansdır.

Adalet.az bildirir ki, Kuleba bu barədə Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici işlər nazirlərinin İspaniyanın Toledo şəhərində keçirilən qeyri-rəsmi iclasında çıxışında deyib.

Ukraynanın xarici işlər naziri, həmçinin sentyabr ayının taxıl təşəbbüsü və sülh formulları üçün çox mühüm ay olacağını bildirib.

Dmitri Kulebanın sözlərinə görə, Ukrayna alternativ dəniz yolu üzərində çalışır. Bu yolla gəmilər Ukrayna limanlarından çıxaraq demək olar ki, dərhal Rumıniyanın ərazi sularına daxil olacaq.

Nazir bununla əlaqədar olaraq Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə təmin olunmasının əhəmiyyətini qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025