Mobil versiya
AzQAC-ın prezidenti: "Biz sabah da, biri gün də Qarabağdakı erməniəsilli şəxslərə yardım göndərə bilərik"
Tarix: 30-08-2023 | Saat: 19:14
Bölmə:Manşet / Gündəm | çapa göndər

AzQAC-ın prezidenti: "Biz sabah da, biri gün də Qarabağdakı erməniəsilli şəxslərə yardım göndərə bilərik"


"Biz sabah da, biri gün də Qarabağdakı erməniəsilli şəxslərə yardım göndərə bilərik”.

“Report”un Ağdama ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qızıl Aypara Cəmiyyətinin imkanları o qədər də az deyil: “Bizim iki humanitar karvanı göndərməkdə əsas məqsədimiz ondan ibarət olub ki, görək vəziyyət necədi və burada hansı hadisələr baş verir. Hələ ki işlər pis getmir. Əgər müsbət nəticə olarsa, qiymətləndirilmə keçirilərsə, insanların hansısa ərzağa və ləvazimatlara tələbləri olsa, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bunu da etməyə hazırdır. Biz sabah da, biri gün də yardım göndərə bilərik. Hər şey kommunikasiyadan asılıdır. Müvafiq danışıqlar getməlidir və ehtiyaclar müəyyənləşdirilməlidir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025