Mobil versiya
Lerikdə 4 obyekt sahibi cərimələndi
Tarix: 30-08-2023 | Saat: 16:49
Bölmə:Ölkə | çapa göndər

Lerikdə 4 obyekt sahibi cərimələndi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena və ətraf mühitin mühafizəsi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Lerikdə tədbirlər həyata keçirib.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan aia.az-a verilən məlumata görə, tədbirlər zamanı təbii su hövzələrinə çirkab suların axıdılması, su obyektlərinin mühafizəsi qaydalarının pozulması və qanunsuz odun tədarükü faktları aşkar olunub.

Aşkarlanan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) və 252-ci ( Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulması) maddələrinin tələblərini pozan ümumilikdə 4 vəzifəli və 1 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024