Ana Sayfa > Ölkə > Lerikdə 4 obyekt sahibi cərimələndi
Lerikdə 4 obyekt sahibi cərimələndi30-08-2023, 16:49. Yazar: sevinc1 |
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena və ətraf mühitin mühafizəsi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Lerikdə tədbirlər həyata keçirib. DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan aia.az-a verilən məlumata görə, tədbirlər zamanı təbii su hövzələrinə çirkab suların axıdılması, su obyektlərinin mühafizəsi qaydalarının pozulması və qanunsuz odun tədarükü faktları aşkar olunub. Aşkarlanan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) və 252-ci ( Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulması) maddələrinin tələblərini pozan ümumilikdə 4 vəzifəli və 1 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir. aia.az Geri dön |