Mobil versiya
Zelenski Priqojinə nifrət edirdi, əmri o verdi – Markov
Tarix: 25-08-2023 | Saat: 10:44
Bölmə:Karusel / Dünya | çapa göndər

Zelenski Priqojinə nifrət edirdi, əmri o verdi –

Niyə görə mən fikirləşirəm ki, Priqojini Ukrayna xüsusi xidmət orqanları öldürüb? Ona görə ki, Ukrayna hakimiyyəti dünyanın gözü qarşısında Baxmutda onları əzdiyi üçün Priqojin və “Vaqner”dən qorxur və nifrət edir. Onlar “Vaqner”in cəbhəyə qayıtmasını istəmirlər.

aia.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Zelenski Priqojinə nifrət edirdi, çünki o, Baxmutu Ukrayna ruhunun rus ruhu üzərindəki simvolu hesab edirdi. Priqojin isə onu sındırdı və göstərdi ki, rus ruhu Ukrayna ruhundan güclüdür. Buna görə də əminəm ki, Priqojinin ölüm əmrini Zelenski verib. Çünki Priqojinin dövlət tərəfindən mühafizəsi götürülmüşdü və ona qarşı terakt etmək asan idi. Amerikalılar da çox güman ki, bu ideyanı dəstəklədilər”, - Markov bildirib.

Onun sözlərinə görə, Ukrayna xüsusi xidmət orqanları Rusiya ərazisində mütəmadi olaraq terror aktları həyata keçirir:

“Avqustun 23-də Priqojinin ölümü Ukraynanın 24 avqustda Müstəqillik Gününə hədiyyə idi. Onlar başqa teraktlar kimi bunun məsuliyyətini öz üzərlərinə götürməyəcəklər. Ona görə də məntiq onu deməyə əsas verir ki, çox güman ki, Priqojini Zelenskinin göstərişi və ABŞ-ın yardımı ilə Ukrayna xüsusi xidmət orqanları öldürüb”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-02-2025