Mobil versiya
Zabuxda ilk gedəcəyim yer ata-anamın məzarı olacaq - Baki İsmayılov
Tarix: 25-08-2023 | Saat: 10:21
Bölmə:Ölkə | çapa göndər

Zabuxda ilk gedəcəyim yer ata-anamın məzarı olacaq -

Zabuxdan çıxanda 37 yaşım var idi, indi 68 yaşım. 31 ildən sonra doğma kəndimə qayıdıram. Oradan çıxanda nəvələrim yox idi, indi yeddi nəvəm var.

Bunu Trend-ə Laçının Zabux kəndinə geri dönən kənd sakini Baki İsmayılov deyib.

"31 il idi ki, düşmənlərimiz bizi didərgin salmışdı. Bura da bizim vətənimizdir, amma doğma Vətən ayrıdır. Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, bizi doğma torpağımıza qaytardı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Zabuxda ilk gedəcəyim yer ata-anamın məzarı olacaq. Əvvəlki evimizi ermənilər dağıdıb. İndi dövlətimiz bizə yaxşı evlər tikib", - deyə o əlavə edib.

Qeyd edək ki, avqustun 25-də Laçının Zabux kəndinə ilk mərhələdə 20 ailənin (88 nəfər) köçü həyata keçirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025