Ana Sayfa > Ölkə > Zabuxda ilk gedəcəyim yer ata-anamın məzarı olacaq -
Zabuxda ilk gedəcəyim yer ata-anamın məzarı olacaq -25-08-2023, 10:21. Yazar: sevinc1 |
Zabuxdan çıxanda 37 yaşım var idi, indi 68 yaşım. 31 ildən sonra doğma kəndimə qayıdıram. Oradan çıxanda nəvələrim yox idi, indi yeddi nəvəm var. Bunu Trend-ə Laçının Zabux kəndinə geri dönən kənd sakini Baki İsmayılov deyib. "31 il idi ki, düşmənlərimiz bizi didərgin salmışdı. Bura da bizim vətənimizdir, amma doğma Vətən ayrıdır. Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, bizi doğma torpağımıza qaytardı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Zabuxda ilk gedəcəyim yer ata-anamın məzarı olacaq. Əvvəlki evimizi ermənilər dağıdıb. İndi dövlətimiz bizə yaxşı evlər tikib", - deyə o əlavə edib. Qeyd edək ki, avqustun 25-də Laçının Zabux kəndinə ilk mərhələdə 20 ailənin (88 nəfər) köçü həyata keçirilir. aia.az Geri dön |