Mobil versiya
Qonşu ölkədə TƏHLÜKƏ: Yoluxanların sayı 10 min nəfəri ötüb
Tarix: 25-08-2023 | Saat: 08:58
Bölmə:Manşet / Dünya | çapa göndər

Qonşu ölkədə TƏHLÜKƏ:

Bu ilin yanvarın 1-dən avqustun 22-dək Gürcüstanda 400 nəfər HİV virusuna yoluxub.

aia.az bildirir ki, bu barədə Gürcüstanın QİÇS və İnfeksion Patologiya, Kliniki İmmunologiya Mərkəzi məlumat yayıb.

Bildirilir ki, cari il avqustun 22-nə olan statistikaya əsasən, hazırda Mərkəzdə 10 min 170 HİV xəstəsi qeydiyyatdadır. Onlardan 7604 nəfəri kişilər, 2566-sı isə qadınlardır. Xəstələrin böyük əksəriyyəti 29-39 yaş arasında olan insanlardır.

Ən çox xəstə paytaxt Tbilisidədir -3830 nəfər. Onların da 100 nəfəri xarici ölkə vətəndaşıdır.

Bu il 96 HİV xəstəsi ölüb. Onların da 74-ü kişi, 22-si isə qadındır. Ölkə üzrə 129 uşaq HİV-ə yoluxub, onların 76-sı oğlan, 53-ü qız uşağıdır.

QİÇS 4340 xəstə arasında inkişaf edib, 1734 nəfər dünyasını dəyişib. Hazırda 6284 nəfər müalicə olunur, onların da 41-i uşaqdır./azertac

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-02-2025