Mobil versiya
"Türkiyənin Türkmənlərə dəstəyi davam edəcək" - Hakan Fidan
Tarix: 24-08-2023 | Saat: 09:06
Bölmə:Manşet / Dünya | çapa göndər

"Türkiyənin Türkmənlərə dəstəyi davam edəcək" -

Türkiyənin türkmənlərə dəstəyi davam edəcək.

aia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Hakan Fidan deyib.

Fidan Türkiyənin Bağdaddakı səfirliyində İraq Türkmən Cəbhəsinin (İTC) və İraq türkmən icmasının liderləri ilə görüşüb.

"İraqdakı türkmənlərin bir çoxunun məruz qaldıqları ayrı-seçkilik və ədalətsizliyi aradan qaldırmaq üçün Türkiyə illərdir sistemli şəkildə türkmənlərin haqqını müdafiə edir. Onlara siyasi və iqtisadi hüquqların verilməsi üçün var gücü ilə çalışır", - deyə Fidan bildirib.

İTC prezidenti Həsən Turan qeyd edib ki, ikitərəfli təmaslar müəyyən dərəcədə olsa belə, İraq türkmənlərinin problemlərinin aradan qaldırılmasına töhfə verəcək.

"Türkiyə dövləti hər zaman türkmənlərə dəstək olub", - deyə Turan bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-02-2025