Mobil versiya
BMT: "İraq və Suriyada İŞİD terrorçu qruplaşmasının 7 minədək silahlısı var"
Tarix: 15-08-2023 | Saat: 17:25
Bölmə:Dünya | çapa göndər

BMT:

İraq və Suriya ərazisində İŞİD terrorçu qruplaşmasının 5-7 minədək silahlısı var.

aia.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının hesabatında bildirilib.

Məlumata görə, İŞİD yeni döyüşçülərin cəlb edilməsi və yenidən qruplaşmaya diqqət yetirdiyi üçün hücumlarının intensivliyini bilərəkdən azaldıb.

BMT ekspertlərin qənaətincə, bu terrorçu qruplaşma mövqelərini yenidən ciddi şəkildə gücləndirə bilərlər.

Hesabata əsasən, Suriyanın şimal-şərqindəki İŞİD döyüşçülər PKK/YPG rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) obyektlərində saxlanılır.

Həmin ərazidəki "Roş" və "Əl-Hol" qaçqın düşərgələrində də İŞİD-lə əlaqəsi və ya qrup üzvləri ilə qohumluğu olan 55 minə yaxın insan var. Onlar 60-dan çox ölkənin vətəndaşlarıdır.

Məlumata görə, terror qruplaşma Suriyanın şimal-şərqindəki düşərgələrlə yanaşı, qonşu ölkələrdə, imkansız icmalarda da yeni döyüşçülər tapmağa çalışır.

Bildirilib ki, İŞİD-in Əfqanıstanda döyüşçülər və ailələri ilə birlikdə 4-6 min adamı var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025