Mobil versiya
Soros Avropanı tamamilə tərk edir - SƏBƏB
Tarix: 15-08-2023 | Saat: 10:53
Bölmə:Manşet / Dünya | çapa göndər

Soros Avropanı tamamilə tərk edir -

Milyarder Corc Sorosun “Açıq Cəmiyyət Fondu” Avropa Birliyindəki fəaliyyətini demək olar ki, tamamilə dayandırmaq qərarına gəlib.

aia.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Macarıstan xidmətindən məlumat verilib.

“Açıq Cəmiyyətin fəaliyyətinin məhdudlaşdırılmasına səbəb AB qurumları və hökumətlərinin fondun məşğul olduğu sahələrə külli miqdarda vəsait xərcləmələri olub. Buna görə də, onlar işin daha səmərəli olacağı dünyanın digər hissələrinə diqqət yetirməyə qərar verdilər”, - məlumatda qeyd olunub.

Bildirilib ki, ötən cümə günü Açıq Cəmiyyət Fondundan maliyyə alan bütün Macarıstan təşkilatları fondun Avropa Birliyindəki fəaliyyətini dayandırması və öz resurslarını dünyanın digər hissələrinə köçürməsi barədə məktub aldıqlarını bəyan etmişdilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025