Mobil versiya
Azərbaycanlı polislər raket zərbəsi nəticəsində xəsarət aldı
Tarix: 15-08-2023 | Saat: 10:01
Bölmə:Manşet / Dünya | çapa göndər

Azərbaycanlı polislər raket zərbəsi nəticəsində xəsarət aldı

Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərinə bir neçə gün əvvəl Rusiya ordusu tərəfindən atılan növbəti ağır raket zərbələri nəticəsində azərbaycanlılar da xəsarət alıb.

aia.az xəbər verir ki, bunlar Ukrayna Milli Polisinin Pokrovsk şəhəri üzrə əməkdaşları - baş çavuşlar Nurlan İntiqam oğlu Nuriyev və Rasim Fikrət oğlu Nuriyevdir.

Əslən Azərbaycanın Lənkəran şəhərindən olan hər iki azərbaycanlı polislər əmioğludurlar. Onlar xidmət zamanı Pokrovska endirilən raket zərbələri zamanı ağır yaralanıblar. Hər ikisinin vəziyyəti orta-ağırdır və vilayətlərdən birindəki hospitalda müalicə olunurlar./report

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025