Rusiyaya "işləyən" ukraynalı general həbs edildi
Tarix: 14-08-2023 | Saat: 15:01
Bölmə:Dünya | çapa göndər
Məhkəmə Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyat Mərkəzinin rəhbərinin birinci müavinini əmlakı müsadirə olunmaqla 12 il müddətinə azadlıqdan məhrum edib.
aia.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Məhkəmənin qərarı ilə SBU-nun keçmiş general-mayoru dövlətə xəyanətdə, terror aktına cəhddə, habelə odlu silah, döyüş sursatı və ya partlayıcı maddələrlə qanunsuz dövriyyədə təqsirli bilinib. Məlumata görə, məhkum dövlət sirri olan məlumatları toplayıb və Rusiya Federasiyasının nümayəndələrinə ötürübmüş.
AİA.AZ
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025