Mobil versiya
Baydeni hədələyən şəxs öldürüldü
Tarix: 10-08-2023 | Saat: 10:37
Bölmə:Karusel / Dünya | çapa göndər

Baydeni hədələyən şəxs öldürüldü

ABŞ prezidenti Co Baydeni təhdid edən şəxs Federal Təhqiqat Bürosunun (FTB) qrupları tərəfindən öldürülüb.

aia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, Baydenin səfərindən əvvəl FTB, Yuta ştatında Kraig Deleeuv Robertson adlı şəxsin evində əməliyyat keçirib. Silahlı şəxs FTB-yə müqavimət göstərib və o zərərsizləşdirilib.

ABŞ-ın Yuta Dairə Məhkəməsinə təqdim edilən işdə Robertsonun "Facebook"dakı paylaşımında: “Bir və ya iki prezidentə sui-qəsdin vaxtıdır. Əvvəlcə Co, sonra...!” - qeyd edib.

Robertsonun 70-75 yaş arasında olduğu və AR-15 tipli yarı avtomatik tüfəng daşıdığı vurğulanıb. Mövzu ilə bağlı Baydenə FTB tərəfindən məlumat verildiyi bildirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025