Duz-çörəkli Naxçıvandan “Duzdağ” boyda salamlar
Tarix: 06-08-2023 | Saat: 22:43
Bölmə:Manşet / Gündəm / Qərbi Azərbaycan | çapa göndər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qayğısı ilə birinci yol Naxçıvan “Duzdağ” Fizioterapiya Mərkəzində Dörd ildən çoxdur həkimlər ağır astmadan müalicə yolunun Naxçıvan “Duzdağ” Fizioterapiya Mərkəzindən keçdiyini bildirir, di gəl, uyğun dövlət qurumları müalicənin təşkilini gerçəkləşdirmir. ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi Qarabağ qazilərinə xidmətdən imtina edir ki, Nazirlər Kabinetinin 12.08.2002 tarixli qərarı hərbi qulluqçu kimi pensiya alan Qarabağ əlillərinin sanatoriya-kurort yollayışları ilə təminatını uyğun hərbi qurumun boynuna qoyur. Hərbi qurumların uyğun bölmələri isə yaxalarını qırağa çəkir ki, 2007-ci ildən pensiya, müavinət ödənişlərini ƏƏSMN tabeliyində DSMF gerçəkləşdirir. (?) Qarabağ qaziləri xidmətdə olduqları hərbi-güc qurumları ilə ƏƏSMN-in xidmət(dən imtina edən) qurumları arasında ağır sosial durumda ötür-ötürdədirlər. Bir yandan müalicəsizlik, bir yandan biganəlik. Hətta Prezidentin 30.06.2020 tarixli Fərmanı ilə təsdiq edilən Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3-cü bəndində sanatoriya-kurort yollayışı ilə təminatın TƏŞKİL EDİLMƏSİNİN , əlillərin reabilitasiyası üçün tədbirlər görülməsinin sözügedən Agentliyin vəzifələrinə aid olması da yardıma çatmır. Agentlik Konstitusiyaya qarşı çıxaraq Prezident Fərmanını NK qərarından aşağıda tutur, bilərəkdən, ya bilmədən fərmanın, qərarın özünü də düzgün izah və tətbiq etmir. Maraqlıdır ki, Nazirlər Kabineti də bu məsələdə qəti sözünü demir , bu isə müalicəyə, reabilitasiyaya ehtiyacı olan Qarabağ qazilərinin tam hüquqsuz durumda olmasına gətirir. Bir daha vurğulayaq ki, Naxçıvan “Duzdağ” Fizioterapiya Mərkəzi , adından bəlli etdiyi kimi, sanatoriya, kurort yox, reabilitasiya, fizioterapiya ocağıdır.
Nə yaxşı AHİK- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası var! Nə yaxşı Konfederasiyanın millət vəkili Səttar Möhbalıyev kimi qayğıkeş başqanı var! AHİK-ə üz tutmağımızdan üç gün keçməmişdi ki, AMEA Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanovun həzin, qayğıkeş səsi öncə bileti təqdim etməyin gərəkli olduğunu , yolumuzun Naxçıvana – “Duzdağ”a açıq olduğunu vurğuladı. Yeri gəlməsə də, xanın dəvəni toya çağırmasına dəvənin “ya Qəbələyə qoza, ya Naxçıvana duza” göndəriləcəyi haqqında gülməcəsi yada düşür.
AHİK-in qayğısı ilə dördüncü gündür Naxçıvanda – “Duzdağ”da müalicədəyik. Hər cür diqqət və qayğı ilə əhatə olunmuşuq. Duz-çörəkli Naxçıvandan – “Duzdağ”dan salamlar!
Məğrur Bədəlsoy
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024