Mobil versiya
Surət Hüseynov Gəncədə dəfn edilib
Tarix: 02-08-2023 | Saat: 13:40
Bölmə:Gündəm | çapa göndər

Surət Hüseynov Gəncədə dəfn edilib

Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynov Gəncə şəhərində dəfn olunub.

aia.az-ın məlumatına görə, əvvəlcə onun vaxtilə yaşadığı evdə vida mərasimi keçirilib.

Mərasimdə S.Hüseynovun ailə üzvləri, yaxınları, dostları iştirak ediblər.

Vidadan sonra o, 4 saylı qəbirstanlıqda valideynlərinin qəbri yaxınlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Surət Davud oğlu Hüseynov 1959-cu ildə Gəncədə anadan olub. O, 1993-cü il iyununda Baş nazir vəzifəsinə təyin edilib, 1994-cü il oktyabrın 7-də isə vəzifəsindən uzaqlaşdırılıb.

Oktyabrın 14-də parlament S.Hüseynovun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verib.

Oktyabrın 30-da o, Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilib.

1997-ci ildə S.Hüseynov Rusiyada həbs olunaraq Azərbaycana təhvil verilib, 1999-cu il fevralın 10-da ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

2004-cü il martın 17-də Prezident İlham Əliyev Surət Hüseynovu əfv edib.

O, uzun illərdir Azərbaycandan kənarda yaşayırdı.

S.Hüseynov uzun sürən xəstəlikdən sonra iyulun 31-də Türkiyənin İstanbul şəhərində vəfat edib./report



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025