Mobil versiya
Meşəli hadisələri ilə bağlı cinayət işi bu tarixdən açılıbmış
Tarix: 01-08-2023 | Saat: 10:10
Bölmə:Manşet / Gündəm | çapa göndər

Meşəli hadisələri ilə bağlı cinayət işi bu tarixdən açılıbmış

"Meşəli hadisələri ilə bağlı cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb".

aia.az xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov AzTV-də "Əsas məsələ" verilişində deyib.

O bildirib ki, Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb.

1992-ci il yanvarın 11-də Baş prokurorluğun əməkdaşları tərəfindən Meşəli kəndində hadisə yerinə baxış keçirildiyini bildirən Baş prokurorluğun rəsmisi tərəfindən hadisə yerininin fotoları təqdim olunub.

Uzun müddət aparılmış istintaq nəticəsində Xaçaturyan Vaqif Çerkəzoviçin şəxsiyyətinin müəyyən edildiyini qeyd edən İ.Səfərov söyləyib ki, 2013-cü ildən V. Xaçaturyan beynəlxalq axtarışa verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025