Mobil versiya
Nazirlikdən yanğın təhükəsizliyi ilə bağlı vətəndaşlara MÜRACİƏT
Tarix: 01-08-2023 | Saat: 09:57
Bölmə:Manşet / Gündəm | çapa göndər

Nazirlikdən yanğın təhükəsizliyi ilə bağlı vətəndaşlara

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin Mətbuat xidmətindən aia.az-a verilən məlumta görə, bu çərçivədə, xidmət tərəfindən yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, heyvandarlıqla məşğul olan vətəndaşlar tərəfindən tədarük edilən və tez alışma xassəsinə malik quru otun yaşayış evləri və yardımçı tikililərin çardağına, eləcə də tikililərin bilavasitə yaxınlığına, hava elektrik xətlərinin altına və digər yanğın təhlükəli ərazilərə yığılması kimi hallara tez-tez rast gəlinir.

Bununla da yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud şəkildə pozulur ki, nəticədə ağır fəsadlara səbəb olan yanğın hadisələri baş verir. Belə ki, elektrik naqillərində baş verən qısaqapanma, odla ehtiyatsız davranma və digər səbəblər ot tayasının asanlıqla yanmasına və qısa müddətdə genişlənərək böyük faciələrə gətirib çıxarır.

Qış yem bazasının formalaşması üçün hazırda ot tədarükünün davam etməsini nəzərə alaraq qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha heyvandarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Xüsusilə nəzərə alınmalıdır ki, mövcud normalara əsasən, qaba yemlərin toplanması zamanı ot tayası ilə tikililər arasında ən azı 50 metr, elektrik xətləri ilə 15 metr, avtomobil yolları ilə 20 metr ara məsafəsi gözlənilməlidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025