Mobil versiya
Rabitə qülləsinə qara bayraq asan şəxs HƏBS EDİLDİ
Tarix: 28-07-2023 | Saat: 17:00
Bölmə:Gündəm | çapa göndər

Rabitə qülləsinə qara bayraq asan şəxs

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.

DİN-in mətbuat xidmətindən aia.az-a bildirilib ki, qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də günorta saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asılması müşahidə olunub. Polis əməkdaşları tərəfindən həmin əməli törədən 1983-cü il təvəllüdlü Hüseynov Samid müəyyən olunaraq həbs edilib.

İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək, vətəndaşlarımızı qanunverciliyin tələblərini anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025