Bu hepatit növlərinin müalicəsi daha çətindir
Tarix: 28-07-2023 | Saat: 10:46
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 2010-cu ildən başlayaraq hər il iyulun 28-i Ümumdünya Hepatit Günü kimi qeyd olunur.
TƏBİB-dən aia.az-a verilən məlumata görə, bu gün dünyada hepatit viruslarına qarşı profilaktik və mübarizə tədbirlərinin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir.
Sürətlə artan xəstəliklər qrupuna aid edilən hepatitin A, B, C, D, F və başqa növləri var. Qanla yoluxan hepatit B və C növlərinin müalicəsi daha çətindir. Digər hepatitlərdə olduğu kimi, hepatit C-də həm parental-venadaxili infuziya yolu ilə, həm də qeyri-parental- cinsi yolla yoluxma, transplasentar – anadan körpəyə yoluxma yolu ilə keçə bilər.
Xəstəliyin ilkin spesifik əlamətləri olmasa da, əsasən, iştahasızlıq, yorğunluq, zəif ürəkbulanma və halsızlıqdan şikayətlər olur. Bəzi hallarda mədə nahiyəsi dolğun və zəif ağrılı, bəzi hallarda göz və dəridə sarılıq halları ilə özünü büruzə verir. Erkən əlamətlər isə yoluxmadan ən tez 2, ən gec 6 ay sonra müşahidə edilə bilir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər