Stenford Universiteti (ABŞ) Lucile Packard Uşaq Xəstəxanasının uşaq ürək-damar cərrahı, Dos. Dr. Teymur Nəsirov növbəti dəfə Bakı Sağlamlıq Mərkəzinin qonağı olub -Foto
Tarix: 25-07-2023 | Saat: 21:10
Bölmə:Manşet / Özəl / Qərbi Azərbaycan | çapa göndər
AİA.Az xəbər verir ki, bugün Kaliforniyada yaşayan həmyerlimiz Stenford Universiteti (ABŞ) Lucile Packard Uşaq Xəstəxanasının uşaq ürək-damar cərrahı, Dos. Dr. Teymur Nəsirov növbəti dəfə Bakı Sağlamlıq Mərkəzinin qonağı olub. Teymur Nəsirova İ.M. Seçenov Universitetinin Bakı filialının Təlim və Simulyasiya Mərkəzi ilə tanış olmuşdur. Daha sonra, Mərkəzimizdə tibbi xidmət göstərən şöbələrin fəaliyyətinə və klinikamızın kardiologiya, kardio-cərrahiyyə, kardio-reanimasiya, neontalogiya və əməliyyatxana şöbələrinə baxış keçirmişdir. Sonra isə Dos. Dr. Teymur Nəsirov anadangəlmə ürək qüsurları olan uşaqların konsultasiyasını aparmış və pasiyentlərə lazımı məsləhətləri vermişdir.
Mərkəzimizin İcraçı Direktoru Dos. Dr. Asiman Həsənov ilə görüşdə qonağımız mərkəzimizlə bağlı xoş təəssüratlarını bölüşmüş və ölkəmizdə bu cür yüksək səviyyəli xidmət göstərən mərkəzin olmasından məmnuniyyətini dilə gətirmişdir.
Görüş zamanı Asiman Həsənov son dövrlərdə ölkəmizdə tibb sahəsində əldə edilən uğurlardan, icbari tibbi sığortanın tətbiqi ilə vətəndaş məmnunluğunun artırılması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində görülən mühüm işlərdən danışıb. Teymur Nəsirovun dəstəyi ilə Bakı Sağlamlıq Mərkəzində uşaq kardio-cərrahiyyə şöbəsinin fəaliyyətinin yaxşılaşdırılması və yenidən qurulması mövzusu ətrafında müzakirələr aparılmışdır. İrəliləyən illərdə Stenford Universitetinin Lucile Packard Uşaq Xəstəxanası ilə Bakı Sağlamlıq Mərkəzinin birgə əməkdaşlıq edə biləcəkləri yolunda danışıqlar aparılmışdır.
Baş tutan görüşdən xatirə şəkillərini sizə təqdim edirik.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024