Mobil versiya
"Atam dərmanlarını götürə bilməyib" - Qubad İbadoğlunun qızı
Tarix: 24-07-2023 | Saat: 11:16
Bölmə:Gündəm / Karusel | çapa göndər

"Atam dərmanlarını götürə bilməyib" -

Dünən polis tərəfindən saxlanılan və barəsində cinayət işi açılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun səhhətində problemlər var.

aia.az xəbər verir ki, bu barədə Q.İbadoğlunun qızı Jalə Bayramova sosial şəbəkə səhifəsində yazıb. O, atasının daimi istifadə etdiyi dərmanları ona çatdıra bilmədiklərini deyib:

“Atama dərman və paltar kimi ehtiyacları götürməyə imkan verməyiblər. Hələ də özünə lazım olan dərmanları yoxdur. Atamın yüksək təzyiq və şəkəri var, dərmanlar onun həm də digər daxili orqanları üçündür. Həmin dərmanlarsız o, sadəcə məhv ola bilər”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025