Türkiyə vətəndaşlığını almaq çətinləşəcək - Ərdoğan təlimat verdi
Tarix: 21-07-2023 | Saat: 11:02
Bölmə:Manşet / Dünya | çapa göndər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyri-qanuni miqrasiyaya qarşı lazımi addımların atılması barədə təlimat verib.
aia.az-ın xəbərinə görə, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Prezident Rəcəb Tayyib Ərdoğana "qanunsuz immiqrasiya ilə mübarizə" mövzusunda məlumat verib.
Məlumata əsasən, A.Yerlikaya təqdimatında əcnəbilərin Türkiyə vətəndaşlığını almasında bəzi sui-istifadə hallarının olduğunu bildirib.
Bundan əlavə, əcnəbilərə müəyyən şərtləri yerinə yetirmək və müəyyən miqdarda sərvət sahibi olmaq müqabilində verilən müstəsna vətəndaşlığın təyinatından kənar məqsədlər üçün istifadə edildiyinə dair iddialar müzakirə olunub. Bildirilib ki, Daxili İşlər Nazirliyinə daxil olan "Türkiyə vətəndaşlığına keçmə" ilə bağlı müraciətlər bu səbəbdən bir müddət təxirə salınıb.
Qeyd edək ki, Türkiyədə olan Suriyalı mühacirlərin ölkələrinə göndərilməsi prosesi sürətləndirilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025