Mobil versiya
Polkovnik-leytenantı öldürən sürücüyə HÖKM OXUNDU
Tarix: 18-07-2023 | Saat: 17:23
Bölmə:Gündəm / Karusel | çapa göndər

Polkovnik-leytenantı öldürən sürücüyə

Ötən ilin 19 noyabr tarixində İsmayıllı şəhərində ehtiyatda olan hərbçi, polkovnik-leytenant Mərdan Əhmədovu avtomobillə vurub öldürən sürücüyə bu gün hökm oxunub.

aia.az xəbər verir ki, “Toyota Carolla” markalı avtomobillə 44 yaşlı hərbçini vuran Arif Mirzəyev Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib. İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. A.Mirzəyev məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, hadisədən sonra mərhum M.Əhmədovun həyat yoldaşı Ülkər Əhmədova saytımıza müraciət edərək istintaqın gedişatından narazı olduğunu bildirmişdi.

1979-cu il təvəllüdlü Mərdan Əhmədov Daxili Qoşunların ehtiyatda olan xüsusi təyinatlı polkovnik-leytenantı olaraq xidmət müddətində Azərbaycan Prezidenti adından qüsursuz xidmətə görə 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı ilə təltif olunub. /Qafqazinfo

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025