Mobil versiya
Azərbaycanda 6500 manat maaş alan həkim var - RƏSMİ
Tarix: 17-07-2023 | Saat: 12:36
Bölmə:Qərbi Azərbaycan / Manşet | çapa göndər

Azərbaycanda 6500 manat maaş alan həkim var -

“Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ı çərçivəsində xarici ölkələrdə (Avropa İttifaqı ölkələri, Amerika Birləşmiş Ştatları, Türkiyə Cümhuriyyəti) müxtəlif ixtisaslar üzrə təhsil almış 72 həkim-mütəxəssis 15 TƏBİB tabeli tibb müəssisəsində əmək müqaviləsi əsasında daimi olaraq işə qəbul edilib.

aia.az xəbər verir ki, bunu TƏBİB-in Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə deyib.

O qeyd edib ki, proqram çərçivəsində işə qəbul edilən cərrahi və radioloji profilli ixtisaslardan olan həkim-mütəxəssisin minimum əmək haqqı 6500 manat, terapevtik və pediatrik ixtisaslardan olan həkim-mütəxəssisin minimum əmək haqqı isə 5000 manat təşkil edib.

Həmçinin “Azərbaycan Tibb Universitetinin Müalicə və profilaktika fakültəsinin IV, V və VI kurs tələbələrinin TƏBİB tabeliyində olan tibb müəssisələrinə orta tibb heyəti qismində işə qəbulu” layihəsi çərçivəsində 132 nəfər daimi işlə təmin edilib.

F.Həsənzadə qeyd edib ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqindən əvvəlki dövrlə müqayisədə minimum vəzifə maaşı alan ixtisaslı həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunmaqla əmək haqqı 2019-cu illə müqayisədə orta hesabla 3 dəfə artıb.

"Artım ölkə üzrə əhalinin orta aylıq əmək haqqından 1.5 dəfə yüksəkdir. Avropada bu rəqəm orta aylıq əmək haqqına nisbətlə 2-3 dəfədir. Bizim hədəfimiz bu rəqəmi 2 dəfəyə qədər çatdırmaqdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024