İran klinikasının bağlanma  SƏBƏBİ AÇIQLANDI
Tarix: 14-07-2023 | Saat: 13:00
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər
 
İranın Bakıdakı özəl klinikasının bağlandığı ilə bağlı məlumat vermişdik.
aia.az xəbər verir ki, Səhiyyə nazirliyi İran klinikasının bağlanması ilə bağlı Trend-in sorğusunu cavablandırıb.
Bildirilir ki, qeyd edilən klinikada plandankənar yoxlamalar aparılıb və nöqsanlar aşkarlanıb. Həmin nöqsanların aradan qaldırılması məqsədi ilə qanuna müvafiq olaraq klinikaya müddət verilib. Növbəti yoxlamalar zamanı aşkarlanan nöqsanların müəyyən edilmiş müddət ərzində aradan qaldırılmadığı məlum olub. Bunları nəzərə alaraq müvafiq materiallar aidiyyatı üzrə lisenziya verən dövlət qurumuna təqdim edilib.
Qeyd edək ki, ötən gün klinikaya müraciət edən əməkdaşlarımız onun bağlı olduğunu müşahidə ediblər. Sakinlərin sözlərinə görə, sözügedən İran klinikası mart ayından fəaliyyətini dayandırıb. Klinikanın yaxınlığında fəaliyyət göstərən obyekt sahiblərindən də klinikanın bağlanıb-bağlanmadığı soruşulduqda hər kəs eyni sözü deyib: Klinika bağlanıb!
Qeyd edək ki, klinikanın iş nömrələri ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz nəticəsiz qalıb.
aia.az
 
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 24-10-2025