Mobil versiya
"Səbuhi Məmmədliyə “Forma-88” tərtib edilib, alt sistemə göndərilib" - TƏBİB
Tarix: 12-07-2023 | Saat: 17:50
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

"Səbuhi Məmmədliyə “Forma-88” tərtib edilib, alt sistemə göndərilib" -

Tanınmış jurnalist Səbuhi Məmmədli uzun müddətdir ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkir. 15 nömrəli Şəhər Poliklinikasında dispanser qeydiyyatındadır.

aia.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, 29.09.2022-ci il tarixində M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində sağ baldırın yuxarı 1/3-də amputasiya aparılıb. Əməliyyatdan uzun müddət sonra - 11.05.2023-cü il tarixində poliklinikaya müraciət edib:

"Səbuhi Məmmədli dövlət proqramı ilə Respublika Klinik Xəstəxanasında həftədə 3 dəfə olmaqla dializ olunur.

Əlilliyin qiymətləndirilməsi üçün tələb olunan bütün zəruri sənədlər 25.05.2023-cü il tarixində hazırlanıb və 10 nömrəli Şəhər Poliklinikasına müvafiq göndəriş verilib.

Eyni zamanda əlilliyin təyin olunması məqsədi ilə ona “Forma-88” tərtib edilib və Tibbi-Sosial Ekspertiza Komissiyasının alt sisteminə göndərilib.

Xatırladaq ki, tanınmış jurnalist Səbuhi Məmmədlinin səhhəti istər TƏBİB rəhbərliyinin, istərsə də indiyədək müalicə aldığı tibb müəssisələrinin administrativ və tibbi heyətinin diqqətində olub.

S.Məmmədli müxtəlif vaxtlarda Respublika Klinik Xəstəxanasında, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Nərimanov Tibb Mərkəzində, M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müayinələrdən keçib və zəruri müalicə prosedurları alıb.

Təəssüf ki, onda şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb" - açıqlama bildirilib.

Qeyd edək ki, Səbuhi Məmmədli hazırda da lent.az saytında çalışır. Onun müalicəsi və səhhəti ilə bağlı məsələlər Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının da diqqətində olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024