Mobil versiya
"Rusiya-Ukrayna müharibəsinə son qoyulmalıdır"
Tarix: 06-07-2023 | Saat: 17:45
Bölmə:Dünya | çapa göndər

"Rusiya-Ukrayna müharibəsinə son qoyulmalıdır"

“Artıq Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoyulmalıdır”.

aia.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko yerli və xarici jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, artıq dayanmaq lazımdır: “Əks halda daha pis ssenari bizi gözləyir. Odur ki, heç bir ilk şərt olmadan danışıqlar masasına oturmalıyıq”.

A.Lukaşenko bildirib ki, hər şey danışıqlar masası arxasında həllini tapmalıdır.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025