Mobil versiya
Nazarbayev daha bir statusdan məhrum edildi
Tarix: 29-06-2023 | Saat: 17:26
Bölmə:Dünya | çapa göndər

Nazarbayev daha bir statusdan məhrum edildi

Qazaxıstanda Nazarbayev Universiteti, Nazarbayev İntellektual Məktəbləri və Nazarbayev Fondu ilə bağlı qanunlar dəyişəcək.

aia.az xəbər verir ki, senatın deputatları “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına peşə ixtisasları, dövlət mükafatları, sosial təminat və təhsil məsələləri ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsini iki oxunuşda bəyəniblər.

Dəyişikliklərə görə, ölkənin sabiq prezidenti Nursultan Nazarbayev sözügedən məktəblərin və fondun Ali Şuralarının başçısı statusundan məhrum edilir.

Senatın deputatı Nurtore Jusip məruzə ilə çıxış edərək, qanunun Qazaxıstan Respublikasının peşə ixtisasları ilə bağlı bir sıra qanunvericilik aktlarının “Peşəkar ixtisaslar haqqında” qanun layihəsinin müddəalarına uyğunlaşdırılması məqsədilə hazırlandığını vurğulayıb.

Qeyd edək ki, yanvarın 11-də Qazaxıstanın Konstitusiya Məhkəməsi Elbası haqqında qanunun etibarsız sayılması barədə qərar qəbul edib. Yeni qanuna əsasən, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Elbası statusundan və onunla bağlı imtiyazlardan məhrum edilib./oxu.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025