Vüqar Qurbanova qarşı qaralama kampaniyası: Bu kampaniyanı kimlər aparır?
Tarix: 23-06-2023 | Saat: 10:55
Bölmə:Gündəm / Qərbi Azərbaycan | çapa göndər
TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovun qız övladının toyu ətrafında qaldırılan səs-küy, heç bir əsası olmadan ortaya atılan iddialar bunun bir qaralama kampaniyası olduğunu aydın göstərir.
İlk ondan başlayaq ki, Bakıda çoxsaylı dəbdəbəli restoranlar var və demək olar ki, hər gün həmin restoranlarda toy məclisləri keçirilir. Ancaq həmin toy sahiblərinin kimliyi ilə bağlı məlumatlar mediada yer almır. İkincisi, ölkənin tanınmış incəsənət adamları hər gün hansısa toy məclisində iştirak edirlər. Ancaq onların qatıldıqları toy məclisləri ilə bağlı məlumatlar da yayılmır.
Üçüncüsü, həmin dəbdəbəli adlandırılan restoranlarda keçirilən məclis sahiblərinin böyük əksəriyyəti cəmiyyətin orta təbəqəsinə aiddir. Aylıq gəlirlərinə görə, dövlət məmurları da cəmiyyətdəki orta təbəqəyə aiddirlər.
Bu üç məqam göstərir ki, TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovun qız övladının toyu ətrafında qaldırılan səs-küy məqsədli olaraq həyata keçirilib və bir qaralama kampaniyası olduğunu təsdiqləyir.
TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanova qarşı qaralama kampaniyasında kimlərin maraqlı olduğunu müəyyən etmək elə də çətin deyil. Səhiyyə sistemində islahatlar keçirilməmişdən öncə, bu sistemdə “tibb mafiyası” formalaşmışdı. İslahatlar bu mafiyanın əlini asan gəlirlərdən çıxarıb. Digər tərəfdən həyata keçirilən islahatlar nəticəsində tibb xidməti insanlar üçün daha əl çatan olub. Əlbəttə, prezident İlham Əliyevin müəyyən etdiyi hədəflərə çatmaq üçün çox iş görülməlidir. Lakin bir məsələ tam aydındır ki, səhiyyə sistemində işlər məhz dövlət başçısının müəyyən etdiyi hədəflərə çatmaq istiqamətində gedir. Bu isə heç şübhəsiz ki, “tibb mafiyası”nın maraqlarına toxunur. Onlar prosesin qarşısını ala bilməyəcəklərini anlasalar da, onu ləngitməyə çalşırlar. Bunun üçün də TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov kimi şəxsləri hədəf alırlar. Bu zaman hədəflərinin fəaliyyətində ciddi nöqsan, qüsur tapa bilmədikləri üçün toy məclisi kimi məsələlərin üzərindən qaralama kampaniyası təşkil edirlər. Lakin bu qaralama kampaniyasında maraqlı olanlar və iştirak edənlər unudurlar ki, belə işlərlə prezident İlham Əliyevin iradəsinə təsir göstərmək mümkün deyil.
Arzuman Loğmanoğlu
Sozcu.info
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu