Mobil versiya
Süni mayalanmaya dövlət büdcəsindən pul ayrılması təklif olunur
Tarix: 13-06-2023 | Saat: 11:49
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər

Süni mayalanmaya dövlət büdcəsindən pul ayrılması təklif olunur

Süni mayalanma üçün dövlət büdcəsindən pul ayrılması təklif edilib.

aia.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov çıxış edib.

Deputat bildirib ki, hər il maddiyyat baxımından uzun illər övlad sahibi ola bilməyənlərin bu arzusu gerçəkləşmir: “Hər dəfə bu mövzu ortaya çıxanda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbul edilməsi məsələsi gündəmə gəlir. Qanun olmadığına görə işlər yubanır. Amma qeyd edim ki, bu qanun olmadan da tibbi tərəfdən məsələnin həlli ilə əlaqəli bilinən həqiqətlər var. Uşaq sahibi olmaq əslində bir insanın tam şəkildə fiziki, əqli və sosial cəhətdən sağlamlıq halına yönələn vacib məsələdir. Bu da dövlət təyinatı altında olmalıdır”.

R.Mahmudov qeyd edib ki, gələn ilin büdcəsində bu sahə ilə bağlı müəyyən hazırlığın indidən görülməsi vacibdir: “Hesab edirəm ki, ildə heç olmasa 200-250 şəxsin süni mayalanma istəkləri ilə bağlı büdcədən 1 milyon və ya 1 milyon 500 min manatlıq yardımın ayrılması uyğun olar”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024