Mayorun qətlində adı keçən qız danışdı - Foto
Tarix: 31-08-2015 | Saat: 12:19
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər
Bakıda sabiq polis mayoru Nadir İbrahimovun qətlinə səbəb olan Həbibə Bağırovadır.
Aia.az xəbər verir ki, bu barədə Milli.az məlumat verib və həmin şəxsin fotosunu yayıb.
İlkin versiyaya görə, Rövşən Həsənov Nadir İbrahimovu məhz H.Bağırovaya zəng vurduğu üçün görüşə çağırıb və “Leksus”da tapança ilə 8 güllə vuraraq öldürüb.
H.Bağırova əvvəllər N.İbrahimovun şirkətində işləyib. Amma onun mərhum N.İbrahimovla, eyni zamanda R.Həsənovla hansı münasibətdə olması məlum deyil.
H.Bağırova açıqlamasında qətlinə onun üstə olmasını təkzib edib: “Qətl hadisəsi mənim üstümdə baş verməyib. Düzdü, əvvəllər Nadir İbrahimovun “Butastone” şirkətində işləmişəm.
Oradan ayrılandan sonra Nadir məni bir müddət narahat edib. Ancaq Rövşən Həsənov adlı şəxsi, ümumiyyətlə, tanımıram”.
H.Bağırova qeyd edib ki, baş verən qətldə kimsə onun adını məqsədli şəkildə hallandırır: “Hadisə baş verən gün prokurorluğa çağırıldım və izahat verdim. Dindirilməyimə səbəb isə əvvəllər Nadirlə bir şirkətdə işləməyim olub. Mən kiminsə ailəsini dağıtmaq, başqa birinin isə öldürülməsini istəmərəm. Öz işim-gücüm, ailəm və ətrafım var”.
Qeyd edək ki, hadisə avqustun 28-də olub. Onlar mübahisəni həll etmək üçün paytaxtın Nizami rayonu ərazisində görüşüblər. Görüş zamanı Rövşən üstündə gəzdirdiyi “Makarov” markalı tapancadan ona 8 dəfə atəş açaraq xəsarət yetirib. Nadiri güllələyən şəxs hadisə yerindən özünə məxsus “Leksus” markalı 10-VM-006 dövlət qeydiyyat nişanlı avtomobillə uzaqlaşarkən “Şevrolet” markalı avtomobillə toqquşub. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət alan R.Məmmədov xəstəxanaya yerləşdirilib.
Fakta görə Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. R.Həsənov sonradan könüllü gələrək təslim olub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-12-2024