Mobil versiya
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Tarix: 21-09-2026 | Saat: 07:28
Bölmə:İdman | çapa göndər

Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi

"Real"ın baş məşqçisi Joze Mourinyo "Atletiko" ilə derbidən sonra hakim briqadasının idarəçiliyindən narazılığını bildirib.

aia.az xəbər verir ki, La Liqanın 7-ci turunda keçirilən Madrid derbisində "Real" 1:2 hesabı ilə məğlub olub.

Mourinyo qarşılaşmanın baş hakimi Ortiz Ariasın belə oyun üçün kifayət qədər təcrübəli olmadığını deyib, həmçinin VAR hakimi Truxilyonu da tənqid edib:

"Bu hakimin derbini idarə etmək üçün təcrübəsi yox idi. 41 yaşı var. Əvvəllər yalnız kiçik oyunlarda hakimlik edən zəif hakimdir. Belə təyinat etdiyi üçün hakimlər komitəsini təbrik edirəm".

Qeyd edək ki, məğlubiyyətdən sonra "Real" 15 xalla 3-cü pillədə qalıb. "Atletiko"nun 16, lider "Barselona"nın isə 21 xalı var. (qol.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2026