Mobil versiya
Türkiyə Bosfor və Dardanel boğazlarından keçid haqqını artıracaq
Tarix: 05-06-2023 | Saat: 09:32
Bölmə:Dünya | çapa göndər

Türkiyə Bosfor və Dardanel boğazlarından keçid haqqını artıracaq

Türkiyə iyulun 1-dən etibarən ticarət gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsinə görə rüsumları 8,3% artıracaq.

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi bildirib ki, İstanbul boğazlarının statusu haqqında Montrö konvensiyasına uyğun olaraq, Türkiyə boğazlarından keçən gəmilərə tətbiq edilən vergi və rüsumların əmsallarında qızıl frankın baza dəyəri 1 iyul 2023-cü il tarixindən etibarən 4,42 ABŞ dolları olacaq.

Məlumatda, həmçinin qeyd edilib ki, Türkiyənin boğazlardan keçən gəmilərdən əldə etdiyi gəlir 2023-cü ildə 900 milyon ABŞ dollarına çatacaq.

Xatırladaq ki, aprel ayının sonunda Türkiyə Sahil Mühafizəsi Xidməti yük gəmisinin sıradan çıxması səbəbi ilə Bosfor boğazının müvəqqəti bağlandığını elan edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025