Mobil versiya
Bakı Sağlamlıq Mərkəzi pilot xəstəxana seçilib -Foto
Tarix: 02-06-2023 | Saat: 23:20
Bölmə:Özəl / Qərbi Azərbaycan | çapa göndər

Bakı Sağlamlıq Mərkəzi    pilot xəstəxana seçilib

ÜST-ün Azərbaycanda pandemiyaya cavab tədbirləri layihəsi çərçivəsində təməl hədəflərindən biri Milli səviyyədə və səhiyyə müəssisələrində davamlı, sübuta əsaslanan İnfeksiyon nəzarət və profilaktika (İPİN) proqramını yaratmaqdır. Bu layihə çərçivəsində Azərbaycan ərazisində pilot xəstəxana olaraq biri Bakı Sağlamlıq Mərkəzi olmaqla 2 xəstəxana seçilmişdir. Layihənin mərkəzimizdə başlanıldığı gündən ehtibarən ÜST-əməkdaşları Dr. Can Hekimoğlu, Dr. Muammer Çelik, İPC tibb bacısı Esen Batır və Bakı Sağlamlıq mərkəzinin İnfeksiyaya Nəzarət komandası, Dr. Ləman Qalimova və İPİN tibb bacıları Sevda Rüstəmova, Təranə Quminskaya ilə birlikdə İPCAF və HHSAF istifadə edərək xəstəxana dəyərlindərməsi, dəyərləndirmə nəticəsinə uyğun olaraq 2023-2024 -cü ili əhatə edəcək “İPİN fəaliyyət planı” və “Əl gigiyenasının multimodal strategiyalarla yaxşılaşdırması” üzrə fəaliyyət planı yazılmış, ÜST-ün tələblərinə uyğun əl gigiyenası təqibi başladılmış, İPİN mövzusunda illik təlim proqramı hazırlanmış, antibiotik istifadəsinin təşviqinə başlanmış, 5 may əl gigiyenası günü qeyd edilmiş, dəstək xidmətlərin dezinfeksiya və sterilizasiya xidmətlərinin, reanimasiya və əməliyyatxana İPİN tədbirlərinin, əl gigiyenası və başqa mövzularda dəyərləndirmə və planlama edilmişdir.

Hesabatın sonunda Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru, Dos. Dr. Asiman Həsənov tərəfindən görülən işlər yüksək qiymətləndirilmiş və İPİN fəaliyyətlərinin daha da yaxşı səviyyəyə gəlməsi üçün dəstəyini əsirgəməyəcəyini qeyd etmişdir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024