Mobil versiya
Şəhid və qazi övladları üçün tibbi aksiya keçiriləcək
Tarix: 26-05-2023 | Saat: 16:05
Bölmə:Özəl / Qərbi Azərbaycan | çapa göndər

Şəhid və qazi övladları üçün tibbi aksiya keçiriləcək

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı ilə uşaqlar üçün kompleks müayinə aksiyası keçiriləcək.

“Hər bir uşaq, hər bir ana” şüarı altında tibbi aksiya uşaqlarda xəstəliklərin vaxtında və düzgün müəyyən edilməsi, azyaşlılara profilaktik müayinə mədəniyyəti, sağlam həyat tərzinin təbliğinə xidmət və ümumulikdə sosial xarakterli dövlət proqramlarına töhfə vermək məqsədi daşıyır.
Həssas əhali qrupuna aid edilən ailələlərin qayğı ilə əhatələnməsinə xidmət edən bu aksiya şəhid və qazi ailələrindən gənc analar və övladları üçün təşkil olunacaq.
Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində (ATU Tədris Cərrahiyyə Klinikası və ATU Tədris Terapevtik Klinikası) keçiriləcək aksiyada müxtəlif sahələr üzrə ixtisaslaşmış peşəkar həkim heyəti tərəfindən müayinə və ambulator müalicə-profilaktik xidmətlərin göstərilməsi nəzərdə tutulur.

3 gün davam edəcək aksiya çərçivəsində 100 uşaq və 50 anaya ambulator müalicə-profilaktik xidmətlər göstəriləcək.

Aksiyadan yararlanmaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz!

Mob: 050-317-47-78 Namik Xəlilov
051-291-37-85;
050-322-88-36 Günay Əliyeva



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024