Mobil versiya
Ərdoğandan yeni konstitusiya mesajı: “Seçkidən sonra gündəmə gətirəcəyik”
Tarix: 10-05-2023 | Saat: 18:03
Bölmə:Dünya | çapa göndər

Ərdoğandan yeni konstitusiya mesajı:

“Türkiyə Yüzilliyinə dair ən əhəmiyyətli hədəflərimizdən biri ölkəmizi sivil və libertarian bir konstitusiyaya gətirməkdir. Seçkidən sonra bu məsələni yenidən həm millətimizin, həm də parlamentimizin gündəminə gətirəcəyik”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət Şurasının 155 illik yubileyi mərasimində çıxışı zamanı bəyan edib.

Dövlət başçısı gəncliyə qoyacaqları ən böyük mirasın xəyallarını reallaşdıra biləcəkləri və infrastrukturu tamamlanan Türkiyə olacağını deyib.

“Ədliyyə təşkilatımıza inamın artması, hakimlərin nüfuzunun artması ümumi məişətimizdə bu prosesin mühüm nailiyyətlərindən biri kimi qeyd olunacaq”, - deyə o bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2025