Mobil versiya
Çənəsi qırılan qazinin son durumu AÇIQLANDI
Tarix: 08-05-2023 | Saat: 14:54
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Çənəsi qırılan qazinin son durumu

Vəzifəsinin icrası zamanı hücuma məruz qalan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Namiq Babayevin son durumu açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən aia.az-a bildirib ki, N.Babayev alt çənə sümüyünün ikitərəfli sınığı diaqnozu ilə tibb müəssisəsinin üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib.

Qeyd olunub ki, onun əməliyyatı uğurla icra olunub. Hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir.

Xatırladaq ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə qazının çənəsini sındıran döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı Rəvan Nəbizadə 1 ay müddətinə azadlıqdan məhrum edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024