Mobil versiya
"Türkiyəyə sülhə hazır olduğumuzu demək üçün gəlmişəm" - Simonyan
Tarix: 05-05-2023 | Saat: 13:45
Bölmə:Dünya | çapa göndər

"Türkiyəyə sülhə hazır olduğumuzu demək üçün gəlmişəm" -

Mən Türkiyəyə gəlməmək üçün min müxtəlif səbəb tapa bilərdim.

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün Ankarada mətbuat konfransı zamanı deyib.

"Mən Türkiyəyə gəlməmək üçün min müxtəlif səbəb tapa bilərdim, lakin mən burada Türkiyə cəmiyyətinə Ermənistanın sülhə və ilkin şərt olmadan münasibətlərin normallaşmasına hazır olduğunu söyləmək üçün gəlmişəm", - deyə Simonyan qeyd edib.

O, "Nemesis" abidəsinin şəhər rəhbərliyinin qərarı ilə qoyulduğunu açıqlayıb: "Türkiyədə abidənin qoyulmasına belə reaksiya verildiyi üçün təəssüflənirəm. Yerli özünüidarəetmə orqanında qərar qəbul edilib və mən istəmirəm ki, bu, Ermənistanın xarici siyasətinin təzahürü kimi və ya qeyri-dost addım kimi qəbul edilsin".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-03-2025