Mobil versiya
NATO rəsmisi Gürcüstana səfər edəcək
Tarix: 02-05-2023 | Saat: 15:09
Bölmə:Dünya | çapa göndər

NATO rəsmisi Gürcüstana səfər edəcək

NATO Baş katibi köməkçisinin müavini Ceyms Appaturay Gürcüstana səfər edəcək.

aia.az xəbər verir ki, bu barədə yerli “Mtavari Arxi” telekanalı xarici KİV-ə istinadən məlumat yayıb.

Bildirilib ki, Ceyms Appaturayın Tbilisiyə səfəri çərçivəsində əsas diqqət NATO-nun “Sülh və Təhlükəsizlik Elmi” proqramına yönəldiləcək.

Qeyd olunub ki, bu proqram NATO ilə tərəfdaş ölkələr arasında dialoq mexanizmidir.

Ceyms Appaturayın eyni zamanda Gürcüstanın hökumət nümayəndələri ilə də görüşəcəyi qeyd edilib. Səfərin konkret tarixi açıqlanmayıb.

Xəbərdə vurğulanıb ki, Ceyms Appaturayın Gürcüstana səfəri NATO-da Gürcüstanla bağlı səsləndirilmiş narahatlıqların ardınca baş tutacaq. Belə ki, aprelin 5-də NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina alyansın Gürcüstanda islahatların səviyyəsi ilə bağlı narahatlıqlarının olduğunu bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025