Mobil versiya
Laçın-Xankəndi yolundan prezidentə məruzə edən kimdir?
Tarix: 26-04-2023 | Saat: 11:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Laçın-Xankəndi yolundan prezidentə məruzə edən kimdir?

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurulub. Həmin məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi baş tutub.

aia.az xəbər verir ki, yeni qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağının qaldırılması Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə olunub.

Məruzəni Dövlət Sərhəd Xidmətinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərovdur.

35 yaşlı B.Ələkbərov 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. O, Arazboyu əməliyyatlarda böyük şücaət göstərib, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib.

Məruzəni təqdim edirik:

“Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, məruzə edirəm ki, Sizin tapşırığınıza əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan 3 rəngli dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”, - məruzədə deyilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024