Oğuzda 8 Noyabr-Zəfər Günü münasibətilə kross qaçışı və velosioed yarışı keçirilib -Fotolar
Tarix: 04-11-2026 | Saat: 17:41
Bölmə:Ölkə | çapa göndər

Oğuzda 8 Noyabr- Zəfər Günü ərəfəsində silsilə tədbirlər çərçivəsində 04 noyabr 2026-cı il tarixində Oğuz Rayon İcra Hakimiyyətini dəstəyi, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının, Şəki-Zaqatala Regional Gəclər İdman idarəsinin və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayon üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə məktəblilər və yeniyetmələr arasında kross qaçışı və velosiped sürmə yarışı üzrə rayon birinciliyi keçirilib. Ümumilikdə yarışa 160 məktəbli gənc və yeniyetmə cəlb edilmişdir.
Yarışın keçirilməsində məqsəd əlamətdar günü qeyd etmək, qaçış və velosiped idman növünün kütləviliyini artırmaq, sağlam həyat tərzinin və idmanın təbliği, istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması, idmançıların texniki və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsidir.
Yarışın açılışına həsr edilmiş tədbirdə Ümumilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışın açılış və mükafatlandırma mərasimində YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz Rayon İcra Hakimiyyəti başcısının müavini Aliyə Osmanova, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Oğuz RİH-nin sektor müdiri Ayaz Ağayev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz Təhsil sektorunun müdir müavini Nəsimi Adıyev, Oğuz Olimpiya İdman Kompleksinin direktoru Taleh Məmmədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon Komitəsinin sədri Fərman İbrahimov və məşqçi müəllimlər iştirak edib.
Açılış və mükafatlandırma mərasimində çıxış edənlər 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixində müstəsna əhəmiyyətini vurğulayaraq bu Qələbənin xalqımızın birliyinin, dövlətimizin qüdrətinin, ordumuzun rəşadətinin və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin nəticəsi olduğunu bildiriblər.Çıxış edənlər Şəhidlərin və qazilərin fədakarlığının heç vaxt unudulmayacağını, Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasının hər kəsin mənəvi borcu olduğunu qeyd ediblər.
Sonda qaliblər Oğuz Rayon İcra Hakimiyyətinin, YAP Oğuz rayon təşkilatının, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Oğuz təhsil sektorunun hədiyyə, medal və diplomları ilə mükafatlandırılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-11-2026