Ana Sayfa > Karusel / Gündəm > Laçın-Xankəndi yolundan prezidentə məruzə edən kimdir?
Laçın-Xankəndi yolundan prezidentə məruzə edən kimdir?26-04-2023, 11:29. Yazar: sevinc1 |
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurulub. Həmin məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi baş tutub. aia.az xəbər verir ki, yeni qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağının qaldırılması Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə olunub. Məruzəni Dövlət Sərhəd Xidmətinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərovdur. 35 yaşlı B.Ələkbərov 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. O, Arazboyu əməliyyatlarda böyük şücaət göstərib, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib. Məruzəni təqdim edirik: “Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, məruzə edirəm ki, Sizin tapşırığınıza əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan 3 rəngli dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”, - məruzədə deyilib. aia.az Geri dön |