Soyuqdəymə zamanı bu üsullardan uzaq durun – Həkimdən ciddi xəbərdarlıq
Tarix: 04-11-2026 | Saat: 20:17
Bölmə:Özəl | çapa göndər

Soyuqdəymə zamanı ev şəraitində tətbiq edilən bəzi ənənəvi müalicə üsulları fayda vermək əvəzinə sağlamlıq üçün təhlükə yarada bilər.
Rusiyalı həkim Aleksandr Umnov bildirib ki, soyuqdəymə zamanı əsas məqsəd orqanizmin bərpasına kömək etmək və xəstəliyin əlamətlərini yüngülləşdirməkdir.
Onun sözlərinə görə, kifayət qədər ilıq maye qəbul etmək, yaxşı yatmaq, otağın havasını rütubətli saxlamaq və burunu duzlu məhlulla yumaq faydalı üsullardır. İlıq içkilər seliyin durulaşmasına və maye itkisinin qarşısının alınmasına kömək edir.
Həkim gecə öskürəyini azaltmaq üçün baldan istifadəni də tövsiyə edib. Lakin bir yaşından kiçik uşaqlara bal vermək olmaz. Şəkərli diabeti olan şəxslər isə balın istifadəsində ehtiyatlı olmalıdırlar.
Umnov immuniteti gücləndirdiyi iddia edilən müxtəlif çayların, qida əlavələrinin və yüksək dozada C vitamininin soyuqdəyməyə qarşı effektivliyinin kifayət qədər sübut olunmadığını bildirib. C vitamininin həddindən artıq qəbulu ishal və bəzi insanlarda böyrək daşı riskini artıra bilər.
Həkim xüsusilə bədəni spirt və sirkə ilə ovuşdurmağın, buruna soğan və sarımsaq şirəsi damızdırmağın təhlükəli olduğunu vurğulayıb. Bu üsullar dərinin və selikli qişaların zədələnməsinə, uşaqlarda isə əlavə ağırlaşmalara səbəb ola bilər.
Bundan başqa, yüksək hərarət zamanı qaynar vanna qəbul etmək, ayaqları çox isti suda saxlamaq və hamama getmək də məsləhət görülmür. Belə prosedurlar ürək-damar sisteminə əlavə yük yarada bilər.
Umnov xardal plastırlarının, bankaların və xardallı corabların virus infeksiyasının gedişatını dəyişmədiyini, antibiotiklərin isə viruslara təsir göstərmədiyini xatırladıb.
Mütəxəssis soyuqdəymə zamanı təhlükəli xalq təbabəti üsullarından uzaq durmağı və simptomlar ağırlaşdıqda həkimə müraciət etməyi tövsiyə edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-11-2026