Mobil versiya
Reznikov Türkiyədən üzr istədi
Tarix: 17-04-2023 | Saat: 12:19
Bölmə:Dünya | çapa göndər

Reznikov Türkiyədən üzr istədi

Ukraynanın müdafiə naziri Oliksiy Reznikov ölkəsindəki müharibədə həlak olanların sayı ilə Türkiyədə dağıdıcı zəlzələdə ölənlərin sayını müqayisə etdiyi fikirlərinə görə rəsmi Ankaradan üzr istəyib.

aia.az xəbər verir ki, nazir tviterdə yazıb ki, ukraynalılar türk xalqına rəğbət bəsləyirlər.

“Biz minlərlə günahsız insanı dəfn etməyin nə olduğunu başa düşürük”, - o bildirib.

O.Reznikov həmçinin müharibənin ilk günündən Ukraynaya verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.

Qeyd edək ki, O.Reznikov İspaniyanın “La Razon” nəşrinə müsahibəsində deyib ki, müharibədə həlak olan ukraynalı hərbçilərin sayı Türkiyədəki zəlzələdə ölənlərin sayından azdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025