Mobil versiya
AVRO-2016-nın rəmzi yığması müəyyənləşib
Tarix: 11-07-2016 | Saat: 22:42
Bölmə:İdman | çapa göndər

AVRO-2016-nın rəmzi yığması müəyyənləşib





AÇ-2016-nın rəmzi yığması açıqlanıb.

Aia.Az apasport.az-a istinadən xəbər verir ki, dünən başa çatan yarışın təşkilatçıları yığmanı 4-2-3-1 taktiki sxeminə uyğun şəkildə tərtib edib.

Qitə çempionu Portuqaliya daha çox - 4 oyunçu ilə "11-lik"də təmsil olunub. Yığmaya Almaniya 3, Fransa və Uels hərəyə 2 futbolçu verib.

Qapıçı
Rui Patrisio (Portuqaliya)

Müdafiəçilər
Cerom Boatenq (Almaniya), Coşua Kimmix (Almaniya), Pepe (Portuqaliya), Rafael Qerrero (Portuqaliya)

Yarımmüdafiəçilər
Toni Kroos (Almaniya), Co Allen (Uels), Antuan Qrizmann (Fransa), Aaron Remsi (Uels), Dmitri Payet (Fransa)

Hücumçu
Kriştianu Ronaldo (Portuqaliya)

Qeyd edək ki, AÇ-2016-nın ən yaxşı futbolçusu da müəyyənləşib. Turnirin ən yaxşısı adına Fransa millisinin futbolçusu Antuan Qrizmann layiq görülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-11-2024