Ana Sayfa > İdman > AVRO-2016-nın rəmzi yığması müəyyənləşib
AVRO-2016-nın rəmzi yığması müəyyənləşib11-07-2016, 22:42. Yazar: admin |
AÇ-2016-nın rəmzi yığması açıqlanıb. Aia.Az apasport.az-a istinadən xəbər verir ki, dünən başa çatan yarışın təşkilatçıları yığmanı 4-2-3-1 taktiki sxeminə uyğun şəkildə tərtib edib. Qitə çempionu Portuqaliya daha çox - 4 oyunçu ilə "11-lik"də təmsil olunub. Yığmaya Almaniya 3, Fransa və Uels hərəyə 2 futbolçu verib. Qapıçı Rui Patrisio (Portuqaliya) Müdafiəçilər Cerom Boatenq (Almaniya), Coşua Kimmix (Almaniya), Pepe (Portuqaliya), Rafael Qerrero (Portuqaliya) Yarımmüdafiəçilər Toni Kroos (Almaniya), Co Allen (Uels), Antuan Qrizmann (Fransa), Aaron Remsi (Uels), Dmitri Payet (Fransa) Hücumçu Kriştianu Ronaldo (Portuqaliya) Qeyd edək ki, AÇ-2016-nın ən yaxşı futbolçusu da müəyyənləşib. Turnirin ən yaxşısı adına Fransa millisinin futbolçusu Antuan Qrizmann layiq görülüb. aia.az Geri dön |