Mobil versiya
Prokurorluq məktəbdəki zəhərlənmə ilə bağlı araşdırma aparır
Tarix: 06-04-2023 | Saat: 15:25
Bölmə:Gündəm | çapa göndər

Prokurorluq məktəbdəki zəhərlənmə ilə bağlı araşdırma aparır

Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, ilkin ehtimallara əsasən, şagirdlər quş əti tərkibli qidadan zəhərlənib.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025