Ana Sayfa > Gündəm > Prokurorluq məktəbdəki zəhərlənmə ilə bağlı araşdırma aparır
Prokurorluq məktəbdəki zəhərlənmə ilə bağlı araşdırma aparır6-04-2023, 15:25. Yazar: sevinc1 |
![]() Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, ilkin ehtimallara əsasən, şagirdlər quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib. aia.az Geri dön |